AZAL-da yoxlama başladıbackend

AZAL-da yoxlama başladı

AZAL-a məxsus təyyarələrdə bilet qiymətlərinin qonşu ölkələrlə müqayisədə üç-dörd dəfə baha olması bu qurumu və onun rəhbərliyini cəmiyyətinin hədəfinə çevirib. Xüsusilə, quru sərhədlərin bağlanmasından sonra qiymətlərdəki dodaquçuqladan “sıçrayış” narazılıqları daha da artırıb.

KONKRET.az xatırladır ki, AZAL və onu şefi Cahangir Əsgərov uzun müddətdən bəri medianın əsas tənqid hədəfi olsa da, bu qurumun fəaliyyətində heç bir müsbət dəyişiklik müşahidə olunmur. Cahangir Əsgərov artıq bir neçə ildir ki, bütün dövlət qurumlarının fövqündə dayanmağı bacardığı üçün tezliklə onunla bağlı hər hansı cəza tədbirlərinə əl atılması da inandırıcı görünmür.

Aldığımız məlumata görə, Cahangir Əsgərovun toxunulmazlığıyla bağlı mif aradan qalxmaqdadır. Xəbərə görə, bir aya yaxındır ki, bu qurumdan audit yoxlamaları başlayıb. Yoxlamalar nəticəsində AZAL prezidenti Cahangir Əsgərovun başını ağrıda biləcək xeyli qanunsuzluq aşkarlanıb. Mənbənin sözlərinə görə auditorlar dövlət vəsaitinin şəxsi mənafe üçün sərf olunmasına dair təkzibedilməz faktlar üzə çıxarıblar. Bunlardan biri də Cahangir Əsgərova, ailə üzvlərinə, qardaşı, qardaşı oğluna və digər yaxın qohumlarına məxsus olan bahalı avtomobillərin müqavilə ilə AZAL-a xidmət göstərən müəssisələrdə təmir olunmasıdır.

Bu məqsədlə havaya sovurulan vəsaitin miqdarı bir neçə yüz min dollar civarındadır. Onun sözlərinə görə, Cahangir Əsgərovun qardaşı və qardaşı oğlu özlərinin bahalı avtomobillərinə aid bütün hissələri AZAL-ın vəsaiti hesabına sürətli daşıma yoluyla ABŞ-dan gətiriblər. Müsahibimiz bildirib ki, Cahangir Əsgərovun qardaşına məxsus 1990-ci il istehsalı olan xarici avtomobilin yenidən yığılması və rənglənməsi üçün AZAL-ın büdcəsindən düz 50 min dollar vəsait xərclənib.

Cahangir Əsgərovun avtomobil həvəskarı olan digər yaxın qohumları da bu başıbəlalı dövlət şirkətinin büdcəsinə külli miqdarda ziyan vurublar. Onların qiyməti 50 dollara olan ehtiyat hissəsini sürətli daşıma yoluyla ABŞ-dan 200 dollara gətirdiklərinə dair faktların ortaya çıxdığı qeyd olunur.

Əgər Cahangir Əsgərov yoxlamaların nəticələrini ört-basdır edə bilməsə, prokurorluq əməkdaşlarının ciddi suallarıyla üz-üzə qala bilər.//Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*