AZAL təyyarəsinin “qara qutu”ları – Fotolarbackend

AZAL təyyarəsinin "qara qutu"ları - Fotolar

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL təyyarəsinin “qara qutu”larının deşifrə edilməsinin görüntüləri yayılıb.

KONKRET.az xəbər verir ki, bu işlə Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi məşğul olub.

Qazaxıstan Nəqliyyat Nazirliyi deşifrə edilmiş məlumatların araşdırılmasına yaxın günlərdə Astanada başlanılacağını bəyan edib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı hava məkanında “Pantsir”in hücumuna məruz qalıb və zədələnib. Rusiya ərazisində enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*