ABŞ İrana qarşı sanksiyaları ləğv etdi: Siyahıdan çıxarıldıbackend

ABŞ İrana qarşı sanksiyaları ləğv etdi: Siyahıdan çıxarıldı

ABŞ Maliyyə Nazirliyi İrana bağlı iddia edilən əlaqələrə görə daha əvvəl tətbiq olunmuş məhdudiyyətlərdə yumşaltmaya gedib.

KONKRET.az xəbər verir ki, “Reuters” agentliyinin ABŞ Maliyyə Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Vaşinqton İrana qarşı tətbiq edilən bəzi sanksiyaları ləğv edib.

Bildirilir ki, 2024-cü ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələri ilə guya əlaqələri səbəbindən sanksiya siyahısına salınmış İraqın “Fly Baghdad Airlines” aviaşirkəti və onun bir neçə təyyarəsi məhdudiyyətlərdən azad olunub.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) “SDN” (Xüsusi Təyinatlı Qlobal Siyahı) siyahısından “Fly Baghdad Airlines” (həmçinin “Iraq Express” adı ilə də tanınan) aviaşirkəti, eləcə də YI-BAF və YI-BAN qeydiyyat nömrəli iki ədəd “Boeing 737” tipli təyyarə çıxarılıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*