İspaniyanın şimali Afrikadakı anklav şəhəri olan Seuta miqrant axını səbəbindən ciddi humanitar və logistik çətinliklərlə qarşılaşıb.
KONKRET.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, şəhər rəhbərliyi nəzarətsiz şəkildə sərhədi keçən yüzlərlə azyaşlı miqrantın İspaniyanın əsas materik hissəsinə köçürülməsi üçün mərkəzi hökumətə müraciət edib. Ötən həftə qeydə alınan kütləvi sərhədkeçmələri yerli sığınacaqların tutumunu tamamilə doldurub və mövcud infrastrukturu iflic həddinə çatdırıb.
Bu müraciət ölkə daxilində miqrantların regionlar arasında ədalətli paylanması ilə bağlı siyasi fikir ayrılıqlarını yenidən alovlandırıb. Yaranmış gərgin vəziyyət fonunda İspaniya hökuməti Seutaya 25 milyon avro məbləğində təcili fövqəladə maliyyə yardımının ayrılmasını təsdiqləyib.
Natiq Səlim,
KONKRET.az
