Azərbaycan-AB arasında görüş: Mühüm irəliləyiş…backend

Azərbaycan-AB arasında görüş: Mühüm irəliləyiş...

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Brüsseldə Avropa Birliyi Xarici Fəaliyyət Xidmətinin baş direktorunun Avropa və Mərkəzi Asiya üzrə müavini Audrone Perkauskiene ilə görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Azərbaycandakı səfiri Mariyana Kuyundziç X hesabında bildirib.

Onun sözlərinə görə, Audrone Perkauskiene və Yalçın Rəfiyevin həmsədrliyi ilə AB-Azərbaycan danışıqları keçirilib.

Diplomat qeyd edib ki, gələcəyə yönəlik səmərəli danışıqlar keçirilib.

“İkitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə əhəmiyyətli irəliləyiş əldə olunub. Tərəflər dinamikliyi qorumaq üçün iyun ayında yenidən Bakıda görüşəcəklər”, – Kuyundziç əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*