Azərbaycan bu il müdafiə və milli təhlükəsizlik üçün nə qədər vəsait xərcləyib?backend

Azərbaycan bu il müdafiə və milli təhlükəsizlik üçün nə qədər vəsait xərcləyib?

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 73,9 faiz və ya 1076,3 milyon manat artaraq 2533,4 milyon manat icra edilib.

KONKRET.az xəbər verir ki, bu barədə dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatda bildirilib.

Qeyd olunub ki, müdafiə və milli təhlükəsizlik xərcləri 2477,3 milyon manat proqnoza qarşı 102,3 faiz və ya 56,1 milyon manat çox icra edilərək illik proqnozun 55,2 faizini təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*