Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yaydıbackend

Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yaydı

İndiyə qədər Azərbaycanda Milli Məclisə keçirilən altı seçkinin hər birində namizədlər və müşahidəçilərlə iştirak etmiş Azərbaycan Demokratik Maarifçilik Partiyası bundan öncəki 3 seçkidə parlamentdə yer qazana bilmişdir. Hər seçkidə təcrübəsini daha da artıran partiyamız VII çağırış Milli Məclisə seçkilərdə bir namizəd, üç mindən artıq müşahidəçi ilə təmsil olunmuşdur.

KONKRET.az xəbər verir ki,bütün ölkə üzrə və 40 seçki dairəsində müşahidəçiləri olan Partiyamız seçkiləri qarşıya qoyulmuş məqsədlərə nail olaraq yekunlaşdırmışdır. Seçkilərdə partiyanın sədri Elşən Musayevin seçilməsi üçün Partiyanın üzvləri aktiv təbliğat-təşviqat işi aparmış, kütləvi və fərdi görüşlər keçirmiş, nəticədə partiyamızın namizədi seçicilərin etimadını qazana bilmişdir.

Partiyanın müşahidəçiləri seçkini canlı izlədikləri seçki məntəqələrində apardıqları müşahidə qeydlərini seçki qərargahı ilə bölüşmüşdür. Müşahidəçilərin qeydlərindən və rəylərindən seçkilərin sakit və sülh şəraitində keçdiyi, prosesin gözlənilənlərə adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğu qənaətinə gəlinmişdir.

Namizədlər üçün yaradılmış şərait, onların effektiv təbliğat işi aparması üçün mətbuata sərbəst çıxış imkanları, hər bir yaşayış məntəqəsində açıq və qapalı məkanlarda görüşlərin təşkili üçün yerlər ayrılması olduqca böyük səmərə vermişdir. Açıq-aydın hiss edilmişdir ki, Milli Məclisə seçkilərə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan olduqca yaxşı təşkil olunmuşdur.

Eyni zamanda bildiririk ki, ölkənin bəzi seçki məntəqələrində məkrli qüvvələrin məqsədli şəkildə planladığı təxribatlar və seçkinin demokratikliyinə, şəffaflığına kölgə salmaq cəhdləri heç bir halda nəticə verməyəcək və 1 sentyabr seçkiləri Azərbaycan tarixində ən mükəmməl seçkilərdən biri kimi qalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*