Azərbaycan derbisi üçün biletlər satışa çıxarılırbackend

Azərbaycan derbisi üçün biletlər satışa çıxarılır

Misli Premyer Liqasının 8-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq.

KONKRET.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər sabah yalnız onlayn (iticket.az) satılacaq.

Oyun günü isə biletləri həm iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkün olacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VİP biletlər isə 20 manat təşkil edir.

Qeyd edək ki, oktyabrın 1-də “Azersun Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*