Azərbaycan erməni hərbçini Ermənistana QAYTARDIbackend

Azərbaycan erməni hərbçini Ermənistana QAYTARDI

Bakı Eduard Martirosovu Ermənistan tərəfinə qaytarıb.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bu gün, mayın 26-da Azərbaycanın  ərazisinə keçmiş erməni əsgərinin qaytarıldığı bildirilir.

“2022-ci il mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılaşmaya əsasən, Rusiyanın Arsaxdakı sülhməramlı kontingentinin komandiri general-mayor Andrey Volkovun vasitəçiliyi ilə aprelin 23-də Ermənistan-Azərbaycan sərhədini keçmiş çağırışçı əsgər, sıravi Eduard Martirosovun mayın 26-da Ermənistan tərəfinə təhvil verilib”, – məlumatda deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*