“Azərbaycan Ermənistan ordusunu məhv etdi”.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniya “The Economist” jurnalı məqalə dərc edib. Jurnal qeyd edir ki, Azərbaycan ordusunun Türkiyə istehsalı olan zərbə PUA-larından uğurla istifadə etməsi Ermənistan ordusunun əhəmiyyətli hissəsinin məhv edilməsinə səbəb olub.
“Türkiyə fevral ayında Suriyanın şimalına hücuma başlayanda yüzlərlə Suriya zirehli texnikasını məhv etmək üçün TB2 pilotsuz təyyarələrindən istifadə etdi. Bu vəziyyət Qafqazda da təkrarlandı. Azərbaycan Ermənistanın hava hücumundan müdafiə sistemlərini, artilleriya və müdafiə xətlərini məhv etmək üçün öz TB2-lərindən istifadə edərək, onların zirehli texnikasının əhəmiyyətli hissəsini məhv edib. Ermənistan ordusunun əsgərləri Azərbaycanın pilotsuz təyyarələrindən heç yerə qaça bilməyiblər”, – Britaniya jurnalı yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
