Azərbaycan “Evdə qal” karantininə geri qayıdır? – AÇIQLAMAbackend

Azərbaycan “Evdə qal” karantininə geri qayıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda noyabrın 23-də koronavirus infeksiyasına 2 187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 29 nəfər isə vəfat edib. Son iki ayda dünyada və eləcə də, Azərbaycanda rekord yoluxma qeydə alınmaqdadır. Yoluxma sayı artıqca ölüm halları da çoxalır. Artıq yoluxma sayının artması ilə bağlı şənbə və bazar günləri karantin rejimi sərtləşdirilib və aptek, marketlərdən başqa digər müssisələrin fəaliyyətinə qadağa qoyulub. Yoluxma artma dinamikası ilə davam edərsə, “evdə qal” karantininə geri qayıdıla bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Vahid Əhmədov bildirib ki, insanlara deyirlər ki, maska taxmaq və sosial məsafəni qorumaq lazımdır:

“Təəssüf ki, hər kəs buna əməl etmir. Qapalı və açıq yerlərdə maska taxmırlar. Spirtdən istifadə etmək və sosial məsafəni qorumaq lazımdır. Qaldı ki, sərt karantin rejiminə geri qayıdılmasına biz uzun müddətdir ki, işğalda olan torpaqlarımızı azad etmişik. Bu ərazilərimizi yenidən bərpa etməliyik. Vaxtımız da çox azdır. Karantin rejiminin sərtləşdirilməsindən daha çox qoyulan qaydalara əməl edilməsi önəmlidir. İnsanlarımız başa düşməlidir ki, qaydalara əməl etməmələri onların xəstələnməsinə və hətta ölməsinə səbəb ola bilər. Mən sərtləşdirilmənin tərəfdarı deyiləm. İndiki şəraitdə iqtisadiyyatın inkişafı vacibdir ki, işğaldan azad olunmuş ərazilərimizi yenidən tikib, abadlaşdıra bilək. Amma insanlarımızın həyatı da önəmlidir. İnsanlarımız özlərini qorumalı, qoyulan qaydalara əməl etməlidir. Əgər vəziyyət gərginləşərsə, karantin rejimində yenidən sərtləşmələrə gedilə bilər. Amma yaxşı olar ki, olmasın. Çünki qabaqda görülməli olan işlərimiz çoxdur. Əgər əhali qoyulan qaydalara və tövsiyələrə əməl etməsə, əlbəttə, sərtləşməyə getmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*