Azərbaycan idmançısı Olimpiadada 8-ci yeri tutdubackend

Azərbaycan idmançısı Olimpiadada 8-ci yeri tutdu

İsveçrənin Lozanna şəhərində keçirilən Yeniyetmələrin III Qış Olimpiya Oyunları davam edir.

KONKRET.az Apasport.az-a istinadən bildirir ki, bu gün qadın fiqurlu konkisürənlərin fərdi yarışları başa çatıb.

İdmançılar sərbəst proqramı yerinə yetiriblər. Olimpiadadakı yeganə Azərbaycan təmsilçisi Yekaterina Ryabova 110,07 xal toplayıb. İdmançımız texniki elementlərə görə 56,14, proqramın ifasına görə 53,93 qiymət alıb. Bu nəticə ilə milliləşdirilmiş legioner sərbəst proqramda 8-ci olub.

İki çıxışın cəmində 169,37 xal toplayan konkisürənimiz yekunda da 8-ci olub. Qısa proqramdan sonra 9-cu olan Y.Ryabova 1 pillə irəliləyib.

Yarışın qalibi adına isə cənubi koreyalı Yonq Yu layiq görülüb – 214,00. Rusiyalılar Kseniya Sinişina (200,03) 2-ci, Anna Frolova (187,72) 3-cü olub.

Qeyd edək ki, idmançımız sabah keçiriləcək komanda yarışlarında da qüvvəsini sınayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*