Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edildibackend

Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edildi

Bişkekdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.

Nazirlər Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər müntəzəm yüksək səviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*