“Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə uçuşların cədvəlini dəyişməyi planlaşdırmır.
KONKRET.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən məlumat verilib.
Bildirilir ki, “Buta Airways”in Bakı-Tehran-Bakı marşrutu üzrə gündəlik uçuşları şirkətin qış cədvəli çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında İranda Ukraynaya məxsus Boeing 737 sərnişin təyyarəsi motor hissəsində yanğının baş verməsi nəticəsində qəzaya uğrayıb. İran tərəfi qəzada 147 iranlı və 32 xarici sərnişinin həlak olduğunu təsdiqləyib.
Regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar bir sıra aviaşirkətlər İrana uçuşları dayandırıb.
