Azərbaycan İsraildə səfirlik açacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.
Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib:
“Məsələ çoxdan müzakirə olunur. Azərbaycanın İsraildə Səfirlik təsis edilməsinin tərəfdarıyıq. Lakin Azərbaycan rəhbərliyi bu prosesə pillə-pillə yanaşır. Hazırda ölkəmizin İsraildə ticarət nümayəndəliyi var”.
Daha sonra o qeyd edib:
“Ümumiyyətlə, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsini İranla bağlamaq düzgün deyil. Bizim öz prioritetlərimiz var. Bu məsələdə İrandan daha vacib elementlər var. İsraillə münasibətlərimiz, əlaqələrimiz daha önəmlidir”.
Xuraman Etibarlı
KONKRET.az