Azərbaycan keçirdiyi əməliyyatla bağlı beynəlxalq məsuliyyətə cəlb oluna bilərmi? – Hüquqi İZAHATbackend

Azərbaycan keçirdiyi əməliyyatla bağlı beynəlxalq məsuliyyətə cəlb oluna bilərmi? - Hüquqi İZAHAT

Azərbaycan keçirdiyi əməliyyat coğrafiyası ilə bağlı beynəlxalq məsuliyyətə cəlb oluna bilərmi?

KONKRET.az xəbər verir ki, bu barədə siyasi ekspert Əziz Əlibəyli öz Facebook səhifəsində yazıb.

O bildirib ki, bir qayda olaraq, 12 sentyabrda başlayan hərbi kampaniyanı sərhəd hadisəsi adlandırmaq ən doğru ifadədir.

“Belə ki, bunun beynəlxalq hüquqla tənzimlənən présedent qaydası var.

Məsələn, “Sərhəd hadisəsi” (sərhəd atışması) termini Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən hələ 1986-cı ildə “Nikaraqua ABŞ-a qarşı” işində təcavüzdən ayıraraq istifadə edilmişdir.

Yəni, sərhəd hadisəsi baş verərsə, Təhlükəsizlik Şurasının müdaxiləsi mümkün deyil.

İndi əsas məsələ budur ki, iki dövlət arasında tanınma ilə bağlı müqavilə olmadığından sərhəd xətti yoxdur.

Yəni, Beynəlxalq Ədalət Məhkəməsi ilə Azərbaycanı hədələyən tərəf başa düşməlidir ki, Məhkəmə bu cür naməlum məsələlərə görə qərar verməkdən imtina edir.

Bir sözlə, apardığımız əməliyyatlar bizim əleyhimizə dünyada heç bir hüquqi məsuliyyət doğurmur.

Əsas arqument budur ki, sərhəd yoxdur və BMT-yə daxil olanda ərazi vahidi BMT reyestrinə qəbul edilməyib.

Yoxsa elə Qarabağ məsələsində biz bunu çoxdan edərdik.

Qeyd: Bu qısa şərh hibrid müharibədə düşmən cəbhəsinin arqumentini cəmiyyətimizə adaptasiya edənlər üçün nəzərdə tutulur”, – deyə ekspert bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*