Azərbaycan millisi bu gün Lixtenşteynlə qarşılaşacaqbackend

Azərbaycan millisi bu gün Lixtenşteynlə qarşılaşacaq

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.

KONKRET.az bildirir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gələcək.

D Liqasının 2-ci qrupunun qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Matçın baş hakim avstriyalı Kristian-Petru Çokirka olacaq.

Xatırladaq ki, Azərbaycan millisi qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*