Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığma komandanın düşərgəsini tərk edib.
KONKRET.az xəbər verir ki, 40 yaşlı hücumçu baş məşqçi Jorje Jezusun mətbuat konfransından sonra düşərgədən ayrılıb.
Ronaldo bir neçə saat sonra şəxsi təyyarəsi ilə Madridə gedəcək.
Məlumata görə, ulduz futbolçunun Portuqaliya millisindəki karyerasını başa vurması da gündəmdədir.
