Lənkəranda tanışını qətlə yetirərək ağır cəza alan şəxslə bağlı QƏRARbackend

Lənkəranda tanışını qətlə yetirərək ağır cəza alan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə tanışını qətlə yetirməkdə təqsirləndirilən Ruslan Məmizadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti edilməyib.

Qeyd: Hadisə 2024-cü ilin oktyabr ayında Lənkəranda baş verib. Təqsirləndirilən Ruslan Məmizadə tanışı Elnur Cəfərovu bıçaqlayıb. Elnur Cəfərov xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Ruslan Məmizadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*