Ukrayna F-16-sız qala bilər – Xəbərdarlıqbackend

Ukrayna F-16-sız qala bilər - Xəbərdarlıq

Ukraynanın F-16 qırıcı təyyarələrinin əksəriyyəti sıradan çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, ilin sonuna qədər Ukrayna ordusunun inventarında işlək F-16 qırıcısı qalmaya bilər.

Belə ki, Ukraynanın F-16 təyyarələrinin yarıdan çoxu uzun müddətli texniki xidmətdən keçir. Hər 300 uçuş saatından sonra mühərrik, avionika, hidravlika, yanacaq xətləri və digər sistemlərin işlək vəziyyətdə saxlanılması üçün təyyarələr mərhələli yoxlamadan keçir.

ABŞ Hərbi Hava Qüvvələrinin təqaüdçü general-leytenantı Devid Deptula qeyd edib ki, döyüşlərdə istifadə edilən qırıcı təyyarələr sülh dövrü ilə müqayisədə daha çox texniki xidmət tələb edə bilər və komponent çatışmazlığı da gecikmələrə səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*