Hərbi xidmətdən yayınan şəxs məhkəmə zalında həbs edildibackend

Hərbi xidmətdən yayınan şəxs məhkəmə zalında həbs edildi

Gəncə Apellyasiya Məhkəməsində hərbi xidmət keçməkdən boyun qaçırmada təqsirləndirilən Kərim Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Salman Hüseynovun  sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İş materiallarına əsasən, Kərim Kərimov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 2025-ci il tarixli qərarı ilə tibbi müayinədən keçirilib.

Qərara əsasən, ona “anadangəlmə inkişaf qüsuru, hər iki əlin V barmağını bükən əzələ vətərinin qısalığı nəticəsində hər iki əlin V barmağının proksimal falanqarası oynağının bükücü kontrakturası, funksiya pozulmaması” və “baş-beynin, onurğa beyninin damar xəstəlikləri: mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmadan nadir hallarda baş verən bayılmalar” diaqnozları qoyulub.

Təqsirləndirilən şəxs bu diaqnozlarla müddətli həqiqi hərbi xidmətə A-3 məhdudiyyət dərəcəsi ilə yararlı hesab edilib.

Daha sonra dövlət başçısının sərəncamı ilə Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq qoşun növlərinə təyin edilən vətəndaşların adlı siyahısına onun da adı daxil edilib.

Kərim Kərimov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin olunub. Həmin hərbi hissəyə göndərilməsi məqsədilə 2026-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə gəlməli olduğu barədə ona və ailə üzvlərinə mobil telefon vasitəsilə məlumat verilib. Təqsirləndirilən şəxsin çağırışla bağlı məlumatı olsa da, müəyyən edilmiş müddətdə Ağstafa rayon şöbəsinə gəlməyib. O, üzrlü səbəb olmadan çağırışdan yayınmaqla qanuni əsas olmadan hərbi xidmətdən qəsdən boyun qaçırmaqda ittiham olunub.

Ağstafa Rayon Məhkəməsi Kərim Kərimov Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib və məhkəmə iclas zalında dərhal həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*