Azərbaycan neftinin qiymətində SON DURUMbackend

Azərbaycan neftinin qiymətində SON DURUM

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 9-da 43,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 42,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 42,63 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*