Xocalı rayonunun Fərrux kəndi tam Azərbaycan ordusunun nəzarətindədir.
KONKRET.az bildirir ki, Caliber Fərrux kəndinə bayrağımızın sancılması görüntülərini paylaşıb.
Hərbçilərimiz 44 günlük Vətən Müharibəsindən sonra Fərruxdakı qələbə ilə növbəti hərbi uğura imza atıblar.
Qeyd edək ki, bu kənd Xocalı rayonunun Pirlər kəndinin inzibati ərazisinə daxildir.
