“Azərbaycan Ordusunun əldə etdiyi qələbələr bütün türk dünyasının zəfəridir”backend

“Azərbaycan Ordusunun əldə etdiyi qələbələr bütün türk dünyasının zəfəridir

Dilavər Əzimli: “Rəşadətli əsgərlərimiz hesabına qazandığımız qələbələr Müstəqillik Günümüzə ən böyük hədiyyədir”

Bu gün Dövlət Müstəqilliyimizin 29-cu ildönümüdür.

KONKRET.az xəbər verir ki, Moderator.az-a açıqlamasında bu günün önəminə diqqət çəkən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli builki bayramın xüsusi özəlliyə malik olduğunu vurğuladı:

“Oktyabrın 18-i Azərbaycan tarixində ən şərəfli gündür. 1920-ci ildə itirdiyimiz müstəqilliyimizi yenidən əldə etdik. Amma istər birinci, istərsə də ikinci müstəqilliyimiz dövründə birbaşa Rusiyanın əli ilə ermənilər tərəfindən torpaqlarımız isğala məruz qaldı. Bir gözümüz gülürdü, bir gözümüz ağlayırdı. Şuşanın və başqa rayonlarımız əldən getmişdi. Qarabağımız qan ağlayırdı. İndi müstəqillik günündə rəşadətli əsgərlərimiz hesabına qazandığımız qələbələr Müstəqillik Günümüzə ən böyük hədiyyədir. Vaxtilə Şah Xətainin Bütöv Azərbaycan yolunda üstündən keçdiyi Xudafərin üzərində üçrəngli bayrağımız dalğalanır. Bundan böyük hədiyyə olarmı?

Azərbaycanı bütövləşdirən tarixi körpünün indi bizi yenidən bütövləşdirəcəkdir. Biz Şuşaya bayrağımızı sancacağıq. Bu, həm də İrəvan üzərində bayraq deməkdir. Artıq Türk əsri gəlir. Bunun mərkəzində də Bütöv Azərbaycan dayanır. Bu baxımdan bu qələbələrhəm də Türk Dünyasının qələbəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*