Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Faktla bağlı araşdırma aparılır.
***
16:46
Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.
KONKRET.az report-a istinadən xəbər verir ki, o, Tərtər mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirilir.
