Azərbaycan pandemiya ilə bağlı beynəlxalq təşkilatlardan kredit istəyib? – RƏSMİ backend

Azərbaycan pandemiya ilə bağlı beynəlxalq təşkilatlardan kredit istəyib? - RƏSMİ 

“COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan beynəlxalq qurumlardan kredit alınması üçün müraciət etməyib”.

KONKRET.az-ın məlumatına görə, bunu Parlamentin iclasında Maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz maliyyə ehtiyatları hesabına koronavirusla mübarizə aparır.

Nazir bildirib ki, dünyanın bir çox ölkələrində ÜDM-nin həcmi aşağı düşüb.

“Azərbaycanda ÜDM-lə bağlı azalma var, amma vəziyyət o qədər pis deyil”, – deyə S.Şərifov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*