Naməlum şəxslər Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunda partlayış təhlükəsi barədə məlumat veriblər.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“XTNS-nin “Azərbaycan” pavilyonunda partlayış təhlükəsi barədə anonim məlumat daxil olub. Yoxlama aparılır”, – məlumatda qeyd olunub.
