“Azərbaycan Qarabağ ərazisində antiterror əməliyyatı həyata keçirə bilər” – Abramyanbackend

"Azərbaycan Qarabağ ərazisində antiterror əməliyyatı həyata keçirə bilər" - Abramyan

“Azərbaycan Qarabağ ərazisində antiterror əməliyyatı həyata keçirə bilər”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərlə söhbəti zamanı “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan deyib.

O, Qarabağdakı qanunsuz silahlı qruplaşmalara, hərbi obyektlərə qarşı Azərbaycanın əməliyyat keçirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Qarabağ “hakimiyyəti” hərbi obyektlərə mümkün hücumlarla bağlı planlaşdırma aparmalıdır. Əlbəttə ki, Ermənistan sizə kömək edə bilməyəcək. Çünki Ermənistan hakimiyyəti təhlükəsizliyin təminatçısı kimi öz öhdəliklərini yerinə yetirmək iqtidarında deyil, o, bu roldan imtina edib.

Artıq Ermənistan hökuməti Qarabağdakı proseslərə müdaxilə etmək niyyətində deyil.

Azərbaycanın Qarabağ ərazisində antiterror əməliyyatının həyata keçirilməsini vurğulamasına diqqət yetirilməlidir”, – deyə Abramyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*