Az çiskin, 29 dərəcə isti olacaqbackend

Az çiskin, 29 dərəcə isti olacaq

Oktyabrın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

KONKRET.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Səhər və axşam arabir duman olacaq.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, Nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*