Azərbaycan Qran-prisində “Formula 2” qalibləri mükafatlandırıldıbackend

Azərbaycan Qran-prisində “Formula 2” qalibləri mükafatlandırıldı

Bu gün Azərbaycan Qran-prisində mükafatlandırılma mərasimi təşkil olunub.

KONKRET.az xəbər verir ki, “Formula-2” üzrə ikinci dəfə qaliblər mükafatlandırılıb.

Bu gün keçirilən sonuncu yarışı zirvədə tamamlayan Dennis Xauqer (“Prema”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Müvafiq olaraq 2-3-cü yerləri tutan Loqan Sarcent (“Karlin”) və Felipe Druqoviç (“MP Motorsport”), həmçinin 4-cü olan Yehan Daruvala (“Prema”) da kubokla mükafatlandırılıb.

Qeyd edək ki, dünən keçirilən sprint yarışının qalibi Frederik Vesti (“Art Grand Prix”) olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*