Azərbaycan Sərhəd Qoşunları rus sülhməramlılarını əvəz edə bilər? – Politoloqun mövqeyibackend

Azərbaycan Sərhəd Qoşunları rus sülhməramlılarını əvəz edə bilər? – Politoloqun mövqeyi

“Sülhməramlıların regiona gətirilməsini məhz üçtərəfli saziş şərtləndirir. Onların funksiyaları ilə bağlı heç bir əlavə sənəd qəbul olunmayıb”.

KONKRET.az xəbər verir ki, bunu bizim.media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirdi.

Onun fikrincə, belə olan halda sülhməramlılarla bağlı müxtəlif söz-söhbətlər yayılır.

“Bəzi hallarda göstərilir ki, onlar öz səlahiyyətlərini aşırlar, yaxud hansısa qeyri-etik davranışla məşğul olurlar. Ona görə də, onların funksiyalarını dəqiqləşdirmək lazım olardı. Lavrovun açıqlamaları ondan xəbər verir ki, tərəflər bu məsələni dəqiqləşdirirlər”.

“Əgər bu məsələ həllini tapsa, sülhməramlıların funksiyalarını yerinə yetirə bilmədiyi üçün müəyyən nəzarətləri Azərbaycan Silahlı Qüvvələri, yaxud Sərhəd Qoşunları yerinə yetirməlidir. Burda boşluq qalmamalıdır”.

Politoloq vurğuladı ki, sülhməramlılar sərhədçi, polis funksiyalarını yerinə yetirə bilməz. Regionda isə, sərhədçi nəzarəti də olmalıdır.

“Çünki Laçın dəhlizinin bir hissəsinə Azərbaycan-Ermənistan sərhədi düşür və oranı da nəzarətsiz buraxmaq düzgün deyil. Sülhməramlılar sərhədçilik edə bilməz, ancaq həmin zonada sərhədçilər olmasa, qaçaqmalçılıq, qeyri-qanuni silah ötürülməsi halları baş verəcək”.

“Bütün bunlara nəzarət funksiyasını kimsə həyata keçirməlidir” deyən İlqar Vəlizadə sonda qeyd etdi ki, bu məsələ dəqiqləşdirilməlidir.

  • Fətəliyev Rafael
    Yanvar 20, 2021 - 20:02

    Azərbaycan ordusu öz sərhədlərini qorumaq üçün həmişə yüksək səviyyədə hazırdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*