Azərbaycan tennisçi Karen Xaçanovu cəzalandırmağı TƏLƏB EDİRbackend

Azərbaycan tennisçi Karen Xaçanovu cəzalandırmağı TƏLƏB EDİR

Azərbaycan tennisçi Karen Xaçanovu cəzalandırmağı tələb edir.

KONKRET.az xəbər verir ki, Azərbaycan Tennis Federasiyası (ATF) Beynəlxalq Tennis Federasiyasına (ITF) rusiyalı Karen Xaçanovu cəzalandırmaq tələbi ilə etiraz məktubu göndərib və tennisçinin Avstraliya Açıq çempionatında hərəkətlərini təxribat adlandırıb.

Bir müddət əvvəl erməni kökənli Xaçanov dördüncü raundda yaponiyalı Yoşihito Nişioka qalib gəldikdən sonra telekamera ekranına “Ən sona kimi dayan, “Arsax” yazmışdı. Dünən o, yenidən kameraya “Arsax”, dayan!” sözlərini yazıb.

ATF hadisəni pisləyib və rusiyalı erməninin hərəkətlərini “Azərbaycana qarşı yönəlmiş qəbuledilməz təxribat” hesab edib. Milli federasiya “faktları və hüquqi sənədləri” təqdim edərək ITF-ə rəsmi etiraz göndərib.

“Azərbaycan Tennis Federasiyası bu hadisəni pisləyir və belə halın təkrarlanmaması üçün tennisçinin (Xaçanov) cəzalandırılmasını və gələcəkdə belə halların baş verməməsi üçün daha sərt tədbirlərin görülməsini xahiş edir”, – deyə məlumatda bildirilir.

Bundan sonra ATF-nin rəhbəri Oktay Əsədov da Rusiya Tennis Federasiyasının (RTF) prezidenti Şamil Tarpişova müraciət edərək Xaçanov barəsində sərt tədbirlər görülməsini xahiş edib. ATF-in məlumatına görə, Tarpişşev bu hadisədən ciddi narahat olduğunu və yaxın vaxtlarda müəyyən tədbirlərin görüləcəyini bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*