Azərbaycan Texniki Universitetində daha bir kadr dəyişikliyibackend

Azərbaycan Texniki Universitetində daha bir kadr dəyişikliyi

Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi olub.

KONKRET.AZ xəbər verir ki, AzTU-nun Mətbuat xidmətindən verilən məlumata görə, universitetin kitabxanasının müdiri Narıngül Xələfova öz xahişi ilə vəzifəsindən azad olunub.

Rektor Vilayət Vəliyev AzTU-nun kitabxanasında uzunmüddətli və səmərəli fəaliyyətinə görə N.Xələfovaya təşəkkür edib.

Həmin vəzifəyə kitabxananın şöbə müdiri Zöhrə Məmmədova təyin olunub. Ona kitabxananın texniki universitetlərin tələbləri səviyyəsində, müasir standartlara uyğun qurulması ilə bağlı tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*