Azərbaycan üçün vuruşan rus ailəsi – Buzanovlar – FOTObackend

Azərbaycan üçün vuruşan rus ailəsi - Buzanovlar - FOTO

Buzanov qardaşları Gəncədə böyüyüb boya-başa çatıblar. Milliyətçə rus olsalar da, vahid Vətən üçün hər zaman ayaqdadırlar. Maksim və Andrey Buzanov qardaşları İkinci Qarabağ savaşında igidliklə vuruşublar. Və göstərdikləri şücaətə görə prezident İlham Əliyevin sərəncamı ilə təltif ediliblər. “Bu da bir daha onu göstərir ki, Azərbaycan fərqli millətlərin yaşadığı və fərqli dinlərə etiqad etdiyi böyük bir ölkədir. Amma biz hamımız azərbaycanlıyıq. Və bununla fəxr edirik”, – deyə  qardaşlar fikirlərini ifadə ediblər.

KONKRET.az xəbər verir ki, Maksim və Andrey Buzanovların atası da Azərbaycan uğrunda vuruşub. Ata Dmitri Buzanov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Çox təəssüf ki, övladlarının igidliyini və Azərbaycanın böyük qələbəsini görmək ona nəsib olmayıb. Dmitri Buzanov 2001-ci idə vəfat edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*