Azərbaycan və Ermənistan gəncləri Fransada görüşəcək – SƏFİRDƏN AÇIQLAMAbackend

Azərbaycan və Ermənistan gəncləri Fransada görüşəcək – SƏFİRDƏN AÇIQLAMA

Gələn həftə Strasburqda erməni və azərbaycanlı gənclərin nümayəndələrinin görüşü keçiriləcək.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross məlumat yayıb.

Onun sözlərinə görə, bu təşəbbüs Brüsseldə müzakirə olunub və ötən ilin dekabrında Azərbaycan və Ermənistan liderlərinin görüşündə razılaşdırılıb”.

Ümumilikdə Azərbaycanın 10 nümayəndəsi Strasburqa gedəcək.

“Onlar orada Fransa, Almaniya və Ermənistanın gənc nəslinin nümayəndələri ilə görüş keçirəcəklər. Əsas məqsəd Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirak etməkdir”, – deyə Qross bildirib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*