“Azərbaycan və Ermənistan ziyalıları arasında dialoqa dair təşəbbüsləri dəstəkləyəcəyik” – Zaxarovabackend

“Azərbaycan və Ermənistan ziyalıları arasında dialoqa dair təşəbbüsləri dəstəkləyəcəyik” - Zaxarova

“Rusiya tərəfi Azərbaycan və Ermənistan ictimai xadimlərindən gələn humanitar xarakterli təşəbbüsləri hər şəkildə alqışlayır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə  bildirib. O, əlavə edib ki, “Biz Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını və iki ölkənin birgə humanitar tədbirlərinin keçirilməsini hər cür şəkildə alqışlayırıq. Fikrimizcə, bu cür təşəbbüslər barışıq, etimad, qarşılıqlı anlaşma mühitinin formalaşmasına kömək edir. Bu, həm Azərbaycan, həm də erməni xalqları və prinsipcə bütün Cənubi Qafqaz bölgəsi, eləcə də Rusiya Federasiyası üçün faydalıdır. Bakı və İrəvanın istənilən xoşməramlı təşəbbüsləri şübhəsiz ki, Moskava tərəfindən ancaq dəstək qazanacaq”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*