Azərbaycan və Özbəkistan media qurumları arasında memorandum imzalandı – FOTObackend

Azərbaycan və Özbəkistan media qurumları arasında memorandum imzalandı - FOTO

Daşkənddə Özbəkistan və Azərbaycanın media qurumları arasında memorandum imzalanıb.

Bu barədə KONKRET.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki,  “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu” imzalanıb.

Memorandumu MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov və Özbəkistanın Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev imzalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*