Azərbaycan və Türkiyə XİN rəhbərlərinin müavinləri görüşdü – YENİLƏNİBbackend

Azərbaycan və Türkiyə XİN rəhbərlərinin müavinləri görüşdü - YENİLƏNİB

Ankara şəhərində Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında iki ölkənin xarici işlər nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələri keçirilib.

XİN-dən KONKRET.az-a verilən məlumata görə, məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalla görüşü baş tutub.

Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

***

13:03
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin müavinləri Xələf Xələfovla Yavuz Selim Kıran arasında görüş olub.

KONKRET.az xəbər verir ki, bu barədə Yavuz Selim Kıran öz tvitter hesabında məlumat verib.

“Ölkəmizdə qonaq olan Azərbaycan xarici işlər nazirinin müavini, əziz dostum Xələf Xələfovla işgüzar naharda bir araya gəldik. Hər zaman Can Azərbaycanın yanında olmağa davam edəcəyik. Birlik harada, dirilik orada!”, – deyə Kıran yazıb.

Görüş zamanı ikitərəfli münasibətlər və cari regional məsələlər müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*