Azərbaycan və Türkiyənin çəkinə biləcəyi yeganə ölkə İrandır – Köçəryandan SƏRSƏM AÇIQLAMAbackend

Azərbaycan və Türkiyənin çəkinə biləcəyi yeganə ölkə İrandır - Köçəryandan SƏRSƏM AÇIQLAMA

İran həm Türkiyə, həm də Azərbaycanın çəkinə biləcəyi yeganə ölkədir.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan mətbuat konfransı zamanı deyib.

Bəli, bizim Türkiyə və Azərbaycanla problemimiz var və biz onlarla problemi olan ölkələrə baxmalı və bu ölkələrlə əməkdaşlıq körpüləri qurmalıyıq. Bu geosiyasətdir. Çinin də maraqları ola bilər. Mən son bir neçə gündə bu istiqamətdə bəzi hərəkətlərin olduğunu görürəm. İndi bilmirəm, bunlar formal, nümayişkaranə addımlar olacaq, yoxsa müəyyən bir davamı olacaq” – deyə Köçəryan əlavə edib.

O bildirib ki, əslində bu addımlar məğlubiyyətdən dərhal sonra atılmalı idi.

“Daha dəqiq desək, bu, 2018-ci ildən edilməli idi, çünki bundan əvvəl bizim Yunanıstanla, Yunanıstanın Müdafiə Nazirliyi ilə kifayət qədər ciddi əlaqələrimiz var idi” – Robert Köçəryan deyib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*