“Azərbaycana Saturn planetindən əlavə qüvvələr göndərildi” – “Ulu Tiqran”ın nəvələribackend

"Azərbaycana Saturn planetindən əlavə qüvvələr göndərildi" - "Ulu Tiqran"ın nəvələri

2050-ci il. Erməni müəllim şagirdlərinə deyir: “Azərbaycan yeganə ölkədir ki, onun yerinə Türkiyə, Pakistan, İsrail, Suriya, Afrika və çukçalar vuruşdu. Azərbaycan bu müddətdə lülə qurudurdu. Rəşadətli ordumuz, Ulu Tiqran nəvələri dünyaya qarşı vuruşurdu”.

Əlbətə, mətn tam belə olmayacaq, ancaq aramqutanlar dünyaya qarşı döyüşdüklərini deyəcəklər. Amma dəqiq bilirəm ki, indi Paşinyanla Araik Arutunyan arasında belə dialoq gedir:

– Araik, yaxşı günlər idi.

– Canın üçün hə. Şuşada qəşəng yallı da oynadın.

– Hə e. Sonra kassetə baxdım, gördüm qarnımı da qabağa vermişəm.

– Canına azar. Elə o yallının zibilinə keçdik.

Bununla da dialoq bitir.

Ermənilər bu müharibədə Azərbaycanı hərtərəfli inkar edirlər. Sanki qəlyan tüstülədə-tüstülədə, ayağımızda şəpit, əlimizdə təsbeh kənarda əlimizu yelləmişik ki, “alə, başduyun”. 6-7 ölkə də bizim yerimizə “oldu, qədeş” deyib döyüşə atılıblar. Bir azdan Ermənistanın tarix kitabında yazılacaq ki, “6-7 ölkə rəşadətli erməni ordusu ilə bacara bilmədiyinə görə Saturn planetindən əlavə qüvvələr göndərildi”. Gülməyin. Bir xalq ki deyə “Tanrının özü də ermənidir”, onlardan hər şey gözlənilər. İndi Rostovda kriminal avtoritetlərin sxodkası gözlənilir. Azərbaycana ad veriləcək. 6-7 ölkəni öz yerinə döyüşdürdünə görə.

Azər Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*