Azərbaycana XƏBƏRDARLIQ: İran “ŞİƏ ÜSYANI” hazırlayır – VİDEObackend

Azərbaycana XƏBƏRDARLIQ: İran "ŞİƏ ÜSYANI" hazırlayır - VİDEO

İranın anti-Azərbaycan kampaniyası həddini aşmaqdadır. Molla rejimi sivil dövlətə yaraşmayan metodlardan istifadə edir.

KONKRET.az xəbər verir ki, əmmaməli dəlilər bu dəfə Xudafərin körpüsünə uşaqları yollayıb və nəğmə oxudublar.

Mahnıda fars balaları Azərbaycanı göstərərək İsrail deyir, bizi yolumuzu azmaqda mühakimələyərək “öz əlinlə qəbrini qazma, Azərbaycan!” xəbərdarlığı səsləndirirlər.

– Daha əvvəl fars rejimi Araz çayı boyunca hərbi təlimlər keçirib, tanklar ilə Azərbaycanı hədəf alıb;

– Hətta qayıqlarla Araz çayını keçmək təlimləri ilə hədə ismarıclarına müəlliflik ediblər;

– İranın Zəngəzur dəhlizinə qarşı çıxması;

– Qafanda konsulluq açması;

– Ermənistanı “qırmızı xətt” adlandırması;

– Müharibə dövründə ermənilərə silah və muzdlu yardımı göstərməsi;

– Savaşdan sonra da eyni fəaliyyəti davam etdirməsi;

– Təqdim olunan videodan əvvəl Qüdsə gedən yolun Bakıdan keçdiyini təsvir edən rolik yaymaqları Tehranın aqressivliyindən xəbər verir.

Fars rejimi yaşlanıb və ölüm ayağında sərsəmləməyi normaldır. Həm də Azərbaycanın tolerantlığı, beynəlxalq əməkdaşlıq arealı, həddən artıq güclənməsi onları hiddətləndirir. İran özünün dünyaya açılan qapısının bizdə olmasını həzm edə bilmir. Bundan başqa:

– Xameneinin ifşa olunan agent şəbəkəsi;

– İrana tez-tez səfər edən Talıbovun istefası;

– Necat ocaqlarının söndürülməsi;

– Türkiyə ilə yaxınlıq onları qıcıqlandırır.

Həmçinin İranı bürüyən etiraz dalğası, islam respublikasının federasiyalara bölünməsinin yaxınlaşması, Azərbaycan liderinin cənublu soydaşlara dəstək bəyanatları farsların dilini boğazlarına qatlayır. Belə olan halda isə molla rejimi nəfəs ala bilmir. “Ölmək ölməkdir, bəs xırıldamaq nədir” təsəllisi ilə Bakıya qarşı informasiya savaşı aparırlar.

Yanvarın 4-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin məsləhətləşmələr üçün Tehrana getməsi də təsadüfi deyil.

Bu azmış kimi onlar Azərbaycan əhalisinin şiə kəsimini inqilaba çağırırlar. Halbuki radikal-ekstremist “məşhədi” ləqəbli xainlər saxlanılıb. Ona görə də İran azyaşlı məsumluğundan istifadə edib özünə saf don geyindirmək fikrinə düşüb.

Lakin İranın əsl xislətinin təsviri Fransa mətbuatında yayılıb. Həmin fotoda ayətullah ayaq üstdə duran fransız qızın ayaqları arasında oturaq şəkildə təsvir olunub. Şəklin detalları barədə yazmaq əxlaq çərçivəsində deyil. Bircə karikaturanın hazırlanma səbəbini deyə bilərik ki, farslar Fransa iranşünaslıq institutunu bağlayıb.

Yeri gəlmişkən, parislilər də Tehranı danlamağı sürətləndirib. Deməli, Qərb koalisiyası həmrəyləşir. Xatırladaq ki, Qərb koalisiyasının İraq hücumundan qabaq Fransa əməliyyat planına əngəl törədirdi, lakin sonradan qoşuldu. Bir sözlə, İran da İraq-Liviya aqibəti yaşaya bilər.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*