Azərbaycanda 10 yaşlı oğlanın qəfil ölümü ilə bağlı AÇIQLAMAbackend

Azərbaycanda 10 yaşlı oğlanın qəfil ölümü ilə bağlı AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb.

KONKRET.AZ-ın məlumatına görə TƏBİB-dən bildirilib ki, 11 yanvar 2020-ci ildə saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib:

“Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. 12.01.2020-ci ildə saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib”.

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*