“Sabah” doğma meydanda xal itirdibackend

"Sabah" doğma meydanda xal itirdi

Misli Premyer Liqasının XI turunun daha bir oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, günün ikinci matçında “Sabah” “İmişli”ni qəbul edib.

“Sabah Arena”da keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Ev sahiblərinin heyətində Karlos Eduardo (17-ci dəqiqə) və Coy Lens-Mikels (49-cu dəqiqə), qonaq komandanın heyətində isə Oruc Məmmədov (27-ci dəqiqə) fərqləniblər. “Sabah”ın digər qolunu isə Rəhman Daşdəmirov avtoqol kimi öz qapısına vurub (62-ci dəqiqə).

Bu nəticədən sonra bir oyun ehtiyatda olmaqla 21 xal toplayan paytaxt klubu turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Şamaxı” isə 14 xalla yeddinci yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*