Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)backend

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - (Foto)

Tovuz və Gədəbəy rayonlarının ucqar dağ kəndlərinə qar yağır.

KONKRET.az APA-ya istinadən bildirir ki, bu gün səhər saatlarından etibarən Tovuz rayonunun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı, Saladınlı və ətraf yaşayış məntəqələrində qar yağması müşahidə olunur.

Rayonun dağ kəndlərində qar örtüyünün qalınlığı 10 santimetrə çatıb.

Yağıntı avtomobillərin hərəkətində və kəndlərin kommunal təsərrüfatında hər hansı problem yaratmayıb.

Gədəbəy rayonunun ucqar dağ kəndlərində də qar yağması davam edir. Yağıntının gecə saatlarınadək davam edəcəyi təqdirdə qar örtüyünün qalınlığının 15 santimetrə çatacağı gözlənilir.

Rayon ərazisində elektrik enerjisi, rabitə və təbii qaz təchizatında, eləcə də yol infrastrukturunda hər hansı problem qeydə alınmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*