Mingəçevirdə fantastik qiymətə heyvan satılır.
KONKRET.az–ın xəbərinə görə, elan saytlarının birində dəyəri 150 min manata Tibet mastifinin satıldığı qeyd olunub.
Elanda deyilir:
“Xahiş olunur real alıcılar müraciət etsin.Real alıcıya satış zamanı ətraflı məlumat veriləcək.Tibet Mastifi’ndən anlaşıyı olmayanlar əsla narahat etməsinlər.Qiyməti 150.000 AZN (Yüz Əlli Min AZN)-dir.Xahiş edirəm boş-bekar, konturu olmayan, cibində pulu olmayanlar, boş yerə zəng edib,lazımsız-mənasız suallar verib vaxtımı almasınlar. Heç kimə zorla heç nə satmırıq. Öz fikirlərinizi özünüzə saxlayın! Sifarişlə gətiririk, ödənişin 50%-ni sifariş verərkən ödəyirsiniz, digər 50%-ni isə sifarişiniz sizə çatdıqdan sonra ödəyirsiniz. Ödəniş Notariusda notarial qaydada təsdiq olunur, 100% güvənli formada ödəniş edirsiniz. Saat 11:00-dan 19:00-a dək əlaqə saxlaya bilərsiniz”.



