Azərbaycanda alim VƏFAT ETDİ – FOTObackend

Azərbaycanda alim VƏFAT ETDİ - FOTO

Naxçıvan Dövlət Universitetinin alimi Novruzəli Rəhimov dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, Rəhimov Novruzəli Həmzə oğlu 1962-ci il mart ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qara-qala kəndində anadan olub.

Novruzəli Rəhimov vəfatından öncə “Qloballaşma prosesində Azərbaycanın rolu” mövzusunda fəlsəfə üzrə elmlər doktoru dissertasiyası üzərində işləyib.

Mərhum iki metodik vəsaitin, üç fənn proqramının, bir monoqrafiyanın, 68  elmi məqalənin müəllifidir.

Qeyd edək ki, Norvuzəli Rəhimova 31 oktyabr 2017-ci il tarixdə Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*