Azərbaycanda avtomobil yanacağının keyfiyyətində problemlər var – RƏSMİbackend

Azərbaycanda avtomobil yanacağının keyfiyyətində problemlər var - RƏSMİ

“Azərbaycanda avtomobil yanacağının keyfiyyəti ilə bağlı aparılan monitorinqlərin nəticələrinə görə, görünür ki, istehlakçıların şikayətlərində həqiqət var. Yəni burada keyfiyyətdə problemlər var”.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, monitorinqlər 36 yanacaqdoldurma məntəqəsində aparılıb və onların böyük əksəriyyətində kənarlaşmalar müşayiət olunub: “Biz bu materialları təhlil edirik və bununla əlaqədar olaraq lazım olan nəzarət-tənzimləyici metodların tətbiqinin müzakirəsini aparırıq. Bununla əlaqədar olaraq tədbirlər planı hazırlanıb ki, qısa müddətdə bu təbirlər planı açıqlanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*