Azərbaycanda azyaşlı qızda hamiləlik aşkarlanıbbackend

Azərbaycanda azyaşlı qızda hamiləlik aşkarlanıb

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.

KONKRET.AZ xəbər verir ki, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.

Belə ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*