Azərbaycanda bu məhsullar BAHALAŞDI – VİDEObackend

Azərbaycanda bu məhsullar BAHALAŞDI - VİDEO

Son vaxtlar süd və süd məhsullarının qiymətində bahalaşma müşahidə edilir.

KONKRET.az xəbər verir ki, söhbət sənaye üsulu ilə hazırlanan ağartı məhsullarının qiymətlərindən gedir.

Alıcılar bildirirlər ki, sözügedən məhsulların qiyməti xeyli dəyişib.

Qiymətlərdə artım olduğunu satıcılar da təsdiqləyir. Lakin onların sözlərinə görə, qiymət artımı firmalarla əlaqəlidir.

Məsələ ilə əlaqədar bir neçə istehsalçı şirkət ilə əlaqə saxladıq. Bildirildi ki, qiymət artımının bir neçə səbəbi var. Pandemiyadan sonra xammalın qiyməti artıb. Həmçinin, ölkə daxilində istehsal olunan xammalın qablaşdırılması üçün lazım olan əlavələr xaricdən baha alınır ki, bu da qiymət artımına təsir edən amillərdəndir.

Daha ətraflı “Xəzər Xəbər”in mövzu ilə bağlı hazırladığı sujetdən izləyin:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*