Azərbaycanda dabaq xəstəliyinin yeni növü yayılır?backend

Azərbaycanda dabaq xəstəliyinin yeni növü yayılır?

Türkiyə və İraqda dabaq xəstəliyinin yeni tipi yayılıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlıq və Baytarlıq Mərkəzinin rəis müavini Yusif İbrahimov bildirib ki, ölkəmizdə çox sürətli peyvəndlənmə işləri aparılır:

“Dabaq heyvanlar arasında yayılan xəstəlikdir. Bunun nəticəsində də heyvanlar arasında iqtisadi zərər yaranır. Dabaq xəstəliyinə qarşı ildə 2 dəfə peyvəndlənmə işləri aparılır. Amma, bu dəfə Türkiyə, İraqda xəstəliyin başqa növünə də rast gəlinib”.

Bəs bu xəstəlik ölkəmizi də gəlib çata bilər?

O bildirib ki, bu riskin qarşısını almaq üçün hər bir heyvan peyvənd olunmalıdır. Vaksinin tərkibinə fermerlər mütləq fikir verməlidirlər. Yəni, hər 4 tipə qarşı immunitent yaradan vitanimlər olmalıdır.

Qeyd edək ki, peyvəndlənmə işləri ilin sonuna kimi mərhələli şəkildə aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*